• 23 Noyabr 2024 00:28

Didye Deşam: “Bazar günü titulu qazanmağa çalışacağıq”

“Report”un məlumatına görə, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Qətərdə keçirilən dünya çempionatının yarımfinalında Mərakeş yığmasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis vacib matçda qələbə qazandıqlarını bildirib: “Final olmasa da, yarımfinal görüşü idi. Artıq bir aydır ki, birlikdəyik. Oyunlar heç də asan olmadı. Bəzən bizim də bəxtimiz gətirdi. Bununla belə, oyunçularım layiq olduqları finala vəsiqə qazandılar”.

Qeyd edək ki, DÇ-2022-nin həlledici oyunu dekabrın 18-də Fransa və Argentina yığmaları arasında olacaq.

Tacxeber.com

Oxşar xəbərlər