• 23 Noyabr 2024 01:05

“İstəyirlər ki, uşaq göygöz, sarışın olsun“ – Süni mayalanma mütəxəssisi

“İstəyirlər ki, uşaq göygöz, sarışın olsun“ - Süni mayalanma mütəxəssisi

 

Tanınmış süni mayalanma mütəxəssisi Olcay Turqut “Ümid ilə gəl” verilişində tamaşaçı suallarını cavablandırıb.

Tacxeber.com xəbər verir ki, həkim onun yanına gələrək valideyn olmaq istəyənlərin qəribə istəklərindən danışıb:

“İlk görüşdə müalicəyə başlamaq istəyən cütlüyə sonsuzluğun səbəbləri açıqlanır və götürüləcək testlər haqqında ətraflı məlumat verilir. Müayinədə həm qadın, həm də kişinin iştirakı məlumatlandırma və sualların cavablandırılması üçün çox vacibdir. Yumurtalar laboratoriyada mikroskop altında dəyərləndirilir, uyğun olanlar seçilmiş spermalarla döllənərək embrion inkişafı üçün müşahidə altına alınır.

Burada bəzən insanların anlamadığı məsələ olur. Həm atadan, həm də anadan hüceyrələr götürülərək, mikroskop aldtında birləşdirilir. Elə pasiyentlər olur ki, süni mayalanma üçün müraciət edərkən deyirlər ki, uşağın gözü göy, saçları sarı olsun. Belə şey olmur. Ata və ana nədirsə, övladları da o olacaq”.

Həmin görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər