• 22 Noyabr 2024 19:08

Kənan MM-dən qalmaqallı sözlər: ”17 yaşı var, qızıb”

 

Gədəbəy rayonunda 17 yaşlı qızın 50 yaşlı kişiyə ərə verilməsi xəbəri gündəmi alt-üst etdi. 

Belə ki, bəziləri 17 yaşlı qızın 50 yaşlı Elfaq Şəkərbəyli ilə nişanlanmasını tənqid etdi, bəziləri isə bu yanaşmanı şəxsi həyata qarışmaq kimi qiymətləndirdi. 

Məşhurlar da müzakirələrə səbəb olan məsələyə münasibət bildirməkdən çəkinmirlər.

Yenisabah.az xəbər verir ki, tanınmış rejissor Kənan Mahmudov (Kənan MM) da məsələyə səssiz qalmayıb.

O, sosial şəbəkə hesabında “Mənim 17 yaşım olanda elə bilirdim Lenin mənim babamdır, bunun 17 yaşı var, qızıb” -, deyə paylaşım edib.

Rejissorun bu paylaşımı izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onların böyük əksəriyyəti bu sözlərə görə Kənan MM-i qınaq atəşinə tutublar.

Tacxeber.com

Oxşar xəbərlər