• 19 Sentyabr 2024 20:49

Mbappenin vurduğu top azarkeşə dəydi, özündən getdi – VİDEO

Mbappenin vurduğu top azarkeşə dəydi, özündən getdi - VİDEO

 

Fransalı hücumçu Killian Mbappe 2022-ci il dünya çempionatının Mərakeş yığması ilə yarımfinal matçı öncəsi isinmə hərəkətləri zamanı azarkeşi topla vurub.

Fransız hücumçunun zərbəsi qapıdan aralı keçərək azarkeşlərindən birinin başına dəyib.

 Fanat bir müddət huşsuz vəziyyətdə qalıb. Mbappe üzr istəmək üçün azarkeşə yaxınlaşıb.

Qeyd edək ki, Fransa – Mərakeş matçında birinci hissə davam edir. Fransızlar 1-0 öndədir.

Qalib komanda dünya çempionatının finalına yüksələcək və yarımfinalda Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən Argentina ilə qarşılaşacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər