Polşanın Baş Polis İradəsinin rəisi Yaroslav Şimşiç Ukraynadan gətirdiyi hədiyyənin partlaması nəticəsində yaralanıb.
Tacxeber.com “Le Matin” saytına istinadla xəbərinə görə, hazırda Şimşiç hospitalda müalicə alır. Polşa DİN bildirir ki, generalın Kiyevə səfəri zamanı qəbul etdiyi hədiyyə bu gün xidməti otaqda partlayıb. Şimşiç hazırda hospitalda həkim nəzarəti altındadır. Partlayışda onunla bərabər xəsarət alan mülki işçiyə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Yaroslav Şimşiç 12 dekabrda Kiyevdə səfərdə olub. Hədiyyəni ona Ukrayna polisin yüksək rütbəli şəxsləri təqdim edib.
Məsələ ilə bağlı rəsmi Varşava Ukraynadan izahat tələb edilib.