• 23 Noyabr 2024 04:47

“Xərçəngin peyvəndi TAPILDI” – İDDİA

"Xərçəngin peyvəndi  TAPILDI" - İDDİA

 

ABŞ-ın dərman firması olan “Moderna” xərçəng xəstəliyinin qarşısını alan peyvənd ixtira edib.

Tacxeber.com xəbər verir ki, firma müasir MRNA texnologiyasından istifadə etməklə milyonlarla insan üçün ümid olan peyvəndi satışa təqdim edəcək. Belə ki, həmin peyvənd ölüm riskini 44 faiz azaltmaq imkanına malikdir.

İlkin sınaq üçün dəri xərçəngi olan melanomanın 3-cü və 4-cü mərhələlərini yaşayan 157 nəfər araşdırmaya qatılıb.

Qeyd edək ki, xərçəng bütün dünyada əsas ölüm səbəblərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər 6 nəfərdən biri bu səbəbdən dünyasını dəyişir

Tacxeber.com

Oxşar xəbərlər