• 22 Noyabr 2024 15:58

Azərbaycanda bu günlərdə güclü zəlzələ ola bilər? – VACİB AÇIQLAMA

 

Bu il indiyədək Azərbaycanda 2951 zəlzələ qeydə alınıb.

Bu məlumat Respublika Seysmoloji Xidmət Mərkəzinin apardığı seysmoloji tədqiqatların nəticəsində məlum olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər Tv-yə bildirib ki, təkanların hazırkı sayı ötən illə müqayisədə azdır.

Qurban Yetirmişli əlavə edib ki, ən aktiv zəlzələ ocaqları Şamaxı, İsmayıllı rayonları ərazisindədir. Rixter cədvəlinə əsasən, bu il ən güclü zəlzələ işğaldan azad olunmuş ərazilərdə qeydə alınıb.

Mərkəzin baş direktorunun sözlərinə görə, tədqiqatların nəticələrinə əsasən böyük dağıdıcı gücə malik zəlzələnin qeydə alınması gözlənilən deyil.

Qeyd edək ki, il ərzində hazırkı vaxta qədər ümumi olaraq 12 762 yeraltı təkan qeydə alınıb. Onlardan 2 949-u yerli, 4 645-i regional, 3 776-ı uzaq zəlzələlərdir. Bundan başqa, 1 391 yeraltı partlayış qeydə alınıb. Bu il 17 hiss olunan zəlzələ qeydə alınıb. Maqnitudası 3-dən yuxarı olan 56 zəlzələ olub. Təkcə ötən 24 saat ərzində isə 29 yeni təkan qeydə alınıb.

Tacxeber.com

Oxşar xəbərlər