• 23 Noyabr 2024 00:25

Dəhşət: Begemot uşağı uddu, sonra qusdu – Körpə sağdır!

Dəhşət: Begemot uşağı uddu, sonra qusdu  - Körpə sağdır!

2 yaşlı uşaq evinin yaxınlığındakı gölün kənarında oynayan zaman begemot onu udub.

Tacxeber.com xəbər verir ki, dəhşətli hadisə Uqandada baş verib. Belə ki, 2 yaşlı Paul İqa gölün kənarından cəmi bir neçə yüz metr aralıda oynadığı zaman begemot onu yaxalayıb.

Sakinlərdən biri hadisənin şahidi olduqdan sonra begemotu dayandırmaq üçün onu daşlamağa başlayıb.

Bundan hürkən begemot gölə qayıtmazdan əvvəl udduğu körpəni qusub.

Yaralanan və təcili xəstəxanaya aparılan uşaq möcüzə nəticəsində hücumdan sağ çıxıb. Bildirilib ki, Paul xəstəxanaya aparılıb, yaralarına müdaxilə edilib, quduzluq peyvəndi vurulduqdan sonra evə buraxılıb.

Uqanda polisi açıqlamasında belə hadisə ilə ilk dəfə qarşılaşdığını açıqlayıb:

“İlk dəfədir ki, begemot Edvard gölündən bu qədər kənara çıxıb. Görünür, o, bir müddət uşağı kənardan pusub, daha sonra hücuma keçib. Sakin onu daş-qalaq etdikdən sonra begemot uşağı geri tüpürüb və xilas olunub”.

Tacxeber.com

Oxşar xəbərlər