• 20 Sentyabr 2024 03:51

Milli Məclisdə Şuşadakı aksiya barədə müzakirələr aparıldı: Deputatlar da qoşulsun

 

Milli Məclisin plenar iclasında parlament üzvləri Şuşa-Xankəndi yolunda keçirilən aksiya ilə bağlı fikirlərini bildiriblər.

Deputat Tural Gəncəliyev çıxışında bildirib ki, etiraz aksiyası, iştirakçıların haqlı tələbləri qanunlar çərçivəsində baş verir.

Onun sözlərinə görə, qanunvericilikdə qeyd olunub ki, Azərbaycan ərazisi vahid, bölünməz və toxunulmazdır:

“Qarabağda qanunsuz baş verən hadisələri araşdırmaq üçün etiraz aksiyası keçirilə bilər. Ona görə bu məsələ Azərbaycanın daxili işidir. Xarici ölkələrin, xüsusilə də erməni havadarlarının lazımsız səs-küy qaldırmasını rədd edirik. Laçın yolu son zamanlar qanunsuz silahların daşınması, qruplaşmaların istifadəsi baxımından vasitəyə çevrilib. Bütün bu sui-istifadə hallarına son qoyulmalıdır. Azərbaycan Ermənistan sərhədində bu kimi halların qarşısını almaq üçün müvafiq gömrük-sərhəd keçid postları qurulmalıdır”.

“Müharibədə qazanılan qələbədən sonra bir çox vətəndaşlarımız mina partlayışında həlak olub. Bu işə son qoyulmalıdr. Fransa, Yunanıstan və  Ermənistana yaxın olar ölkələr haqsız yerə Azərbaycanı qınayırlar. Belə iddia ortaya atırlar ki, guya Qarabağda yaşayan erməniləri Azərbaycan qazsız qoyub. Əgər belə fikrimiz olsaydı bunu indi yox, məhz 10 noyabr aktını imzyalayan vaxt edərdik. Hələ ki, Qarabağın bütün qaz, enerji infrastrukturu ölkəmizin qaz şəbəkəsinə qoşulmayıb. Ona görə də burada erməni təxribat maşınının istehsal etdiyi fikriləri qəbul etmirik və qəti şəkildə qınayıırıq”, -o, əlavə edib.

Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, iki ildir Rusiya sülhməramlılarının fəaliyyəti göz önündədir:

“Onlar bu müddət ərzində ermənilərlə bir yerdədir. Onların bu günə qədər bizimlə təması olmayıb deyə nə istədiyimizi də bilmirlər. İlk dəfədir ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə üz-üzə gəlirlər. Artıq iştirakçıların tələbini bilirlər. Mahnımızı eşidirlər, sifətimizi və iradəmizi bilirlər. Etiraz aksiyası məhz xalqın iradəsinin təqdimatının göstəricisidir”.

Parlament üzvü Rəşad Mahmudov həmkarlarını aksiyaya qoşulmağa dəvət edib.

Tacxeber.com

Oxşar xəbərlər