• 19 Sentyabr 2024 05:15

Neft qurğularının avadanlıqlarını oğurladı

Neft qurğularının avadanlıqlarını oğurladı

 

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Binəqədi qəsəbəsində 2 evdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elşən Əşrəfov tutularaq istintaqa təqdim olunub.

Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar istintaqa təqdim olunub.

“Elşən Əşrəfovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, 43-cü Polis Bölməsinə və ya ərazi polis orqanlarına məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər