• 23 Noyabr 2024 02:53

Qaribaşvili Rumıniyaya getdi: Bakı ilə memorandum…

Qaribaşvili Rumıniyaya getdi: Bakı ilə memorandum...

 

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Rumıniyanın paytaxtı Buxarestə gedib.

Tacxeber.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində Baş nazir İrakli Qaribaşvili Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayacaq.

Bildirilib ki, imzalanma mərasimində Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Rumıniya prezidenti Klaus Verner İohannis də iştirak edəcək.

Qeyd edək ki, Rumıniya ilə Azərbaycanın istehsal etdiyi “yaşıl” elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilir. Genişmiqyaslı layihə çərçivəsində Qara dənizin dibi ilə ümumi gücü 1000 meqavata qədər olan 500 kilovolt sualtı elektrik kabelinin çəkilməsi planlaşdırılır. Elektrik xətləri ötürücülüyünün ümumi uzunluğunun 1 500 kilometr olacağı bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər