• 22 Noyabr 2024 20:18

Ukraynadan Saakaşvili ilə bağlı çağırış

Ukraynadan Saakaşvili ilə bağlı çağırış

 

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin kəskin şəkildə pisləşməsindən dərin narahatlıq hissi keçirir.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda bildirilib.

Bəyanatda bildirilib ki, Saakaşvilinin Avropa və ya Amerikada müalicəsinə icazə verilməlidir:

“Ukrayna vətəndaşının kritik vəziyyətini nəzərə alsaq, Gürcüstan tərəfini ona müvafiq tibbi yardım göstərməyə, habelə Mixail Saakaşvilinin cəzasının onun müalicəsi üçün təxirə salınması və Avropa Birliyinə və ya Amerika klinikalarından birinə köçürülməsi ilə bağlı vəsatəti təmin etməyə çağırırıq”.

Tacxeber.com

Oxşar xəbərlər