Milli Məclisə sonuncu seçkilər 2020-ci ilin fevral ayında keçirilib. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 2020-ci ildə 43, 2021-ci ildə 38 plenar iclası olub. 2022-ci ilin payız sessiyasına qədər isə Milli Məclisin 18 plenar iclası keçirilib. Əldə etdiyimiz məlumata görə, Vasif Talıbov bu dövrdə cəmi bir iclasda iştirak edib.
Tacxeber.com xəbər verir ki, bu sözləri Tns.az saytının rəhbəri Tural Səfərov deyib.
Onun sözlərinə görə, Vasif Talıbov yeganə deputatdır ki, Milli Məclisin heç bir komitəsinin üzvü deyil:
“Halbuki bəzi deputatlar bir neçə komitənin üzvüdür. O, Milli Məclisdə yalnız Azərbaycan-İran parlamentlərarası işçi qrupunun rəhbəridir. Vasif Talıbov digər parlamentlərarası işçi qruplarında təmsil olunmur. Millət vəkillərinin əksəriyyəti bir neçə parlamentlərarası işçi qrupunun üzvüdür. Vasif Talıbovun isə hər yerdə olduğu kimi, burada da xüsusi imtiyazları olub”.