• 22 Noyabr 2024 23:29

“Zəngəzurun təhvil verilməsinə hazırlıq gedir” – İşxanyan

Bunu Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan öz Facebook səhifəsində yazıb.

“Jirayr Liparityan Ermənistanda tanınmır. Bütün karyerası boyu Qarabağın Azərbaycana verilməsinin tərəfdarı olan şəxsdir.

O da qeyd edib ki, Zəngəzur dəhlizini açmaq lazımdır.

Bu, adi yoldan fərqlidir, amma koridor deyil. Təbii ki, dəhliz verməyə ehtiyacımız yoxdur. Amma problem ondadır ki, çox gecikdirsək, verməyəcəyik, götürəcəklər.

Jirayr Liparityanın Ermənistanda arzuolunmaz şəxs elan edilməsi əvəzinə, o, sərbəst şəkildə növbəti kapitulyasiyanı təbliğ edir, bu sözlər təsadüfdürmü? Əminəm ki, yox.

Bu, Baş nazirlə razılaşdırılıb və Jirayr Liparityan xüsusi tapşırıqla gəlib. O gəlib ki, hamımızı növbəti güzəştlərə hazırlasın, Zəngəzuru dəhliz adı ilə təhvil versin.

Hanı Ermənistanın suverenliyindən və ərazi bütövlüyündən danışanlar? Hanı Ermənistanın ərazi bütövlüyünü təhdid edən söz söyləyənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edənlər?”, – deyə İşxanyan yazıb. (Konkret.az)

Tacxeber.com

Oxşar xəbərlər