• 22 Noyabr 2024 18:40

Azərbaycandan Qara dəniz vasitəsilə sualtı kabel çəkiləcək

 

“Bu gün Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu, regionda yaşıl enerjinin inkişafı və ixracı ilə bağlı yeni imkandır. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər”.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat diqqətə çatdırıb ki, Avropa Kommisiyası artıq anlaşma ilə bağlı açıqlama yayıb:

“AK bunu Aİ-nin Cənubi Qafqazdakı tərəfdaşlığını inkişaf etdirəcəyini və hər iki regiona təmiz enerji keçidində kömək edəcəyini, eyni zamanda təchizat təhlükəsizliyini artıracağını bəyan edib. Brüssel etibarlı tərəfdaşlarla əməkdaşlığın getdikcə daha çox əhəmiyyət kəsb etdiyini bildirib”.

V.Bayramov hesab edir ki, bu anlaşma Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzərdə bərpa olunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsasını qoyacaq:

“Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur”.

Tacxeber.com

Oxşar xəbərlər