“Apteklər bağlıdır, hər şey satılıb, bankomatlar və banklar işləmir, pul yoxdur, insanlar ərzaqsız qalıblar”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında Xankəndidə yaşayan erməni xanım bildirib.
Sorğunun məqsədi Laçın yolundan Xankəndiyə gedən humanitar yardımın ünvana çatıb-çatmadığını öyrənmək idi. Alınan cavab onu deməyə əsas verir ki, həmin yardım ermənilərə çatmır və daşınan yük süni qıtlıq yaratmaq üçün məqsədyönlü şəkildə anbarlarda saxlanılır.
Mövzu ilə bağlı Baku TV-nin hazırladığı süjeti təqdim edirik: