• 23 Noyabr 2024 03:02

“Bu aksiyanı dəstəkləməyən hər bir azərbaycanlı xaindir” – VİDEO

 

“Bu aksiyanı dəstəkləməyən, bu aksiyaya lağ edən, bu aksiyanı ironiya hədəfinə çevirən hər bir azərbaycanlı xaindir. Çünki bunu dəstəkləməməyin özü xəyanətdir. Sən nəyi dəstəkləmirsən? Orada yığılanlar nə deyir? Deyir ki, bizim təbii sərvətlər talanmasın”.

Tacxeber.com xəbər verir ki, bu sözləri bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayaraq aksiya keçirməsinə münasibət bildirən Ağ Partiya sədri Tural Abbaslı deyib.

“Özlərini Azərbaycan uğrunda fədakar adlandırırlar, amma biri başlayıb ki, əşi, bunu Azərbaycan hökuməti təşkil edib, biri başlayıb ki, bu troldur. Azərbaycan hökuməti təşkil edibsə, lap yaxşı. Orada iştirak edənlərin hər birinə “sağ ol” düşür. Fərqi yoxdur, o iqtidar meyillidir, müxalifət meyillidir, bitərəfdir”, – T. Abbaslı bildirib.

Qeyd edək ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

Sözügedən aksiyanın altıncı günü tamamlanmaqdadır və hazırda da davam edir.

  Qeyd edək ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib. Sözügedən aksiyanın altıncı günü tamamlanmaqdadır və hazırda da davam edir.

 Tacxeber.com

Oxşar xəbərlər