• 23 Noyabr 2024 05:40

Erməni politoloq: “Laçın yolu ilə bağlı Ermənistan da Azərbaycanla eyni mövqedədir”

Erməni politoloq: "Laçın yolu ilə bağlı Ermənistan da Azərbaycanla eyni mövqedədir"

 

Sülhməramlıların sərt üsullarla yolu açması üçün Ermənistan və Azərbaycan hakimiyyətinin “Qarabağ”ın subyektivliyi ilə bağlı yanaşmalarının bir-birindən fərqli olması lazımdır. Bu gün vəziyyət elədir ki, həm Bakının, həm də İrəvanın bu məsələyə baxışı eynidir.

Tacxeber.com xəbər verir ki, bu barədə erməni politoloq Beniamin Matevosyan Facebook səhifəsində yazıb.

“Müxalifətin minimum vəzifəsi rəsmi İrəvandan vəziyyətə birmənalı siyasi qiymət verilməsini tələb etməkdir. Bunun üçün hakimiyyətə təzyiq göstərmək lazımdır” – deyə erməni politoloq bildirib.

“Özünü və cəmiyyəti aldatmağa ehtiyac yoxdur. Bakı təkcə “Dəmirli” mədəni üçün deyil, “Qarabağın dövlətçiliyi”ni dağıtmaq üçün Laçın dəhlizinin 7-ci keçid məntəqəsinə gəlib. “Artsax”da iqtisadi fəaliyyətin aparılması qeyri-mümkün olarsa (qızıl mədənlərinin istismarı Artsax üçün mühüm iqtisadi fəaliyyətdir), o zaman orada yaşamaq qeyri-mümkün olacaq və insanlar kütləvi şəkildə “Artsax”ı tərk edəcəklər. Əgər “Artsax”da ermənilər yoxdursa, deməli, Rusiya sülhməramlıları da olmayacaq. Bundan sonra hər şey ediləcək ki, Ermənistanın özündə də rus qoşunları olmasın” – deyə Beniamin Matevosyan yazıb.

Tacxeber.com

Oxşar xəbərlər