İrəvan-Moskva təyyarəsi Azərbaycan ərazisində olarkən həyəcan siqnalı verilib Dünya 18 Dekabr 2022 20:48 140 Paylaş İrəvan-Moskva reysi ilə uçan biznes təyyarəsində həyəcan siqnalı işə düşüb.Tacxeber.com xəbər verir ki, bu barədə “Flightradar 24” xidməti məlumat yayıb.Hazırda uçuşun davam etdiyi qeyd edilir.Zvartnots hava limanından saat 18:40-da havaya qalxan “Hawker 800A” təyyarəsində 8 sərnişin olub.Bir neçə dəqiqədən sonra hava gəmisi Azərbaycan ərazisində olarkən həyəcan siqnalı verilib.Təyyarənin Vnukovoda enişi Bakı vaxtı ilə saat 22:52-də planlaşdırılır.Tacxeber.com