• 23 Noyabr 2024 06:31

“İsrailin mövqeyi Rusiya və İran arasındakı hərbi ittifaqın fonunda qəribə görünür…”

 

“Heç bir İsrail hökuməti öz vətəndaşlarının maraqlarını təhlükə altına qoymayacaq…”

Ukrayna yəhudiləri İsrail hökumətinin Ukraynaya lazımi səviyyədə dəstək göstərmədiyinə görə məyus olub.

Bu barədə Amerikanın “Washington Post” qəzeti yazır.

Amerika müxbirləri Kiyevdəki mərkəzi sinaqoqu ziyarət edib, Rusiya təcavüzünə qarşı döyüşmək üçün Ukraynaya gələn bir neçə israilli ilə ünsiyyətdə olub.

“Rusiya onun valideynləri, baba və nənələrinin vətəni Ukraynaya soxulanda 56 yaşlı David İsraili tərk edərək müasir Hitler hesab etdiyi Vladimir Putinə qarşı döyüşə yollanmağı özünə borc bilib. David fəxr edir ki, son doqquz ayı ön cəbhədə keçirib, dəfələrlə Rusiya artilleriyası və PUA-larının atəşi altına düşüb.

Lakin ondan son iki onillikdə evinə çevrilən İsrail haqqında soruşanda, o, hiddət keçirib”, – qəzet həmsöhbətinin mövqeyini təsvir edib.

David qeyd edib ki, İsrail hökumətinin mövqeyi, Rusiya ilə İran arasında möhkəmlənən ittifaqı nəzərə alsaq, ona “çox qəribə” görünür.

İsrail liderləri Rusiya ilə münasibətləri təhlükə altına atmaqdan ehtiyat edərək, Ukraynaya silah və müdafiə sistemləri tədarük etməkdən, Qərbin iqtisadi sanksiyalarına qoşulmaqdan imtina edib. Ukrayna İsrail hökümətinin dəstək verməməkdə tənqid etmək hüququna malikdir”,- David deyib.

Qəzet yazır ki, İsrailin Ukraynadakı səfiri Mixail Brodski etiraf edib ki, dəfələrlə Ukrayna yəhudilərinin narazılığı ilə üzləşib. Lakin, onun sözlərinə görə, Ukraynada yaşayan yəhudilərin əksəriyyəti anlayır ki, İsrail özü ağır vəziyyətdədir.

“Heç bir İsrail hökuməti başqalarının, o cümlədən ukraynalılarının maraqlarını qoruyaraq, öz vətəndaşlarınln maraqlarını təhlükə altında qoymayacaq”, – Brodski deyib və qeyd edib ki, İsrail ABŞ-dan fərqli olaraq, NATO-nun üzvü deyil.

Qəzet yazır ki, Birləşmiş Ştarlar müttəfiqlərini, o cümlədən İsraili Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə və Ukraynaya yardım etməyə çağırış edib.

“ABŞ rəsmi şəxsləri bəyan edib ki, israildən NATO-nun Avropada müttəfiqləri kimi böyük dəstək gözləməsə də, İsrail onları məyus edib”, – qəzet yazır.

İsrail isə öz növbəsində ittihamlardan hiddətlənib, çünki Ukraynaya 30 milyon dollardan çox humanitar yardım edib.

“Bu dəstək, məsələn, əhalisi İsrail əhalisinin 1/10 hissəsi qədər olan Estoniyanın Ukraynaya göstərdiyi 300 milyon dollar məbləğində hərbi yardımı ilə müqayisədə cüzidir”, – qəzet vurğulayıb. (Moderator.az)

Tacxeber.com

Oxşar xəbərlər