“Ölkədə qütbləşməyə töhfə verən əsas problem Saakaşvili məsələsidir. Spekulyasiyalara son qoymaq və dekabrın 22-də hansı qərarın veriləcəyini gözləmək lazımdır”.
Bu sözləri Prezident Salome Zurabişvili, Orbel sarayında xarici ölkələrin diplomatik korpus nümayəndələri üçün Yeni il öncəsi keçirilən ziyafətdə deyib.
O bildirib ki, Gürcüstan əhalisi qütbləşməyə son qoymaq istəyir:
“Əhalimizin istəkləri aydındır, onlar qütbləşməyə son qoymaq istəyirlər, yeni qüvvələr, yeni fiqurlar və Gürcüstanın gələcəyi üçün yeni perspektivlər görmək istəyirlər. İndiki mərhələdə istər çoxluğun, istərsə də müxalifətin siyasi qüvvələrinin iradəsi deyil. Onlar hələ də öz güclərindən və partiya ambisiyalarından yapışırlar. Bu qütbləşməyə səbəb olan əsas məsələlərdən biri də keçmiş prezident (Mixeil Saakaşvili) məsələsidir. Mən demişəm və təkrar edirəm ki, bu ölkə və onun nüfuzu üçün, daxili sabitlik çox vacibdir. Tövsiyyəm odur ki, bütün tərəflər spekulyasiyanı dayandırsınlar və dekabrın 22-də məhkəmənin verəcəyi qərarı gözləsinlər. Gürcüstan xalqının bu vəziyyətdən çıxmasına icazə verin”, – deyə prezident vurğulayıb.
Məlumat üçün bildirək ki, eks prezident Mixeil Saakaşvilinin səhhətindəki mövcud problemlərdən dolayı, onun cəzasının təxirə salınması ilə bağlı vəkillərin müraciəti əsasında növbəti məhkəmə iclası, dekabrın 22-də keçiriləcək. (Publika.az)