• 22 Noyabr 2024 18:36

AVROPAAİ ölkələri qazla bağlı QƏRAR VERDİ: 180 avroya çatarsa…

 

Aİ ölkələri qazın qiymətinin yuxarı həddi ilə bağlı razılığa gələ biliblər.

Qiymət nişanı meqavat-saat üçün 180 avroya çatarsa, fevralın 15-dən qazın qiymətinin yuxarı həddi tətbiq ediləcək.

Daha əvvəl bildirilmişdi ki, Aİ qazın qiymətinə limitin tətbiqi məsələsini müzakirə edir.

Fransa daha əvvəl 188 avroluq tavan təklif etmişdi.

Xatırladaq ki, noyabrın 22-də Avropa Komissiyası qazın qiymətinin meqavat-saat üçün 275 avro ilə məhdudlaşdırılması ideyasını irəli sürmüşdü. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər