“KTMT-nin Ermənistana silahla kömək edəcəyinə əmin deyiləm”.
Tacxeber.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə hakim partiyadan olan deputat Armen Xaçatryan fikir səsləndirib.
O bildirib ki, Azərbaycana təzyiq etmədiyi üçün Ermənistanın baş naziri KTMT-nin sənədini imzalamayıb: “Azərbaycanın hərəkətlərinə qiymət verilmirsə, hansı yardımdan danışmaq olar? Yardım göstərilməlidir ki, biz mübarizə aparaq. KTMT-nin Ermənistana silah verəcəyinə əmin Ola bilsin ki, humanitar yardım göstərsinlər” – deyə Xaçatryan bildirib.
O, Ermənistanın silaha böyük ehtiyacının olduğunu deyib: “Bu istiqamətdə Rusiya ilə birlikdə addımlar atılır. Mövcud müqavilələr reallaşarsa, bu, Ermənistan üçün böyük nailiyyət olacaq” – deyə erməni deputat fikirlərini tamamlayıb.
Xatırladaq ki, KTMT-nin baş katibi Stanislav Zas Ermənistana yardım göstərmək üçün İrəvanın KTMT sənədini imzalamalı olduğunu bildirib.