İranın BMT-dəki nümayəndəsi Amid Səid İrəvani bildirib ki, ölkəsinin BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq Rusiyaya pilotsuz uçuş aparatları verməsi ilə bağlı ittihamlar əsassızdır.
Tacxeber.com-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə diplomat BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski İranı “Shahed” dronlarının yeni partiyasını Rusiyaya verməkdə ittiham edib.
Zelenskinin sözlərinə görə, Rusiya dekabrın 19-da səhər saatlarında Ukraynaya bu silahlarla hücum edib.