• 22 Noyabr 2024 18:01

“Ölkəni amfibiya-adam xilas edə bilər” – İranlı filosof

 

“Zorakılıqdan istifadə hər zaman iqtidarlı olma demək deyil, bəzən zəiflik əlamətidir”.

Yenisabah.az “Etemad”a istinadla xəbər verir ki, bunu iranlı sosioloq, fəlsəfə professoru Bijən Əbdülkərimi deyib.

“İnsanların tələblərinə qarşı fiziki vasitələrdən istifadə sosial və siyasi tələblərin həllində istifadə oluna bilən ən bahalı və səmərəsiz vasitədir. Amma cəmiyyətdə və dövlətin siyasi sütunlarında dəyişiklik yaratma zərurəti milli tələbə çevrilib. Siyasi hakimiyyət bu milli iradəyə məhəl qoymaya bilməz”, – deyə sosioloq bu gün İranda baş verənləri təhlil edərkən vurğulayıb.

O əlavə edib: “Hazırda siyasi sistemi və təbii ki ölkəni xilas edə biləcək yeganə ifadə zorakılıq deyil, müdriklikdir. Boşluğu sərt qanuni qərarlar, polis və zorakılıq, hətta kommunikasiya məkanını süzgəcdən keçirməklə daraltmaq olmaz.

İranın bugünkü problemləri bir gecədə yaranmayıb, 40 illik yanlış siyasətin nəticəsidir. 40 illik səhvlər üst-üstə yığılıb. İşləri belə asanlıqla sahmana salmaq mümkün deyil”.

B. Əbdülkərimi qeyd edib: “Hökumət hər hansı islahatın bütün sistemin parçalanmasına səbəb olacağından narahatdır. Ona görə də etirazçıların etibar etdiyi, ölkənin dağılmasını istəməyən, eyni zamanda, idarəçilik problemlərini dərk edən müdrik insanlara, vasitəçilərə ehtiyac var. Bu vasitəçilər böhrandan çıxmağa kömək edə bilər.

Təəssüf ki, siyasi hakimiyyət qəbul edilən şəxslərin çoxunu “yandırıb”. Bu gün də cəmiyyətin bir hissəsi, xüsusən də yeni nəsil hakimiyyətin dilini anlamır, təəssüf ki, hakimiyyət bu nəslin dilini bilmir. İranda bu boşluğu doldurmaq üçün tərcüməçiyə ehtiyac var. Həm yeni nəsillərin məntiqinə, həm də hakimiyyətin məntiqinə bələd olmaq üçün bizə ikidilli şəxs və ya amfibiya-adam lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər