• 23 Noyabr 2024 03:23

Onlar Fransa üçün “pis terrorçu, Arayik isə “yaxşı terrorçu”dur – Deputat

 

“Fransa üçün Azad Korsika Partiyası dil və mədəniyyət uğrunda mübarizə apardığı üçün “pis terrorçu”, Araik Artunyan isə “yaxşı terrorçu”dur”.

Tacxeber.com xəbər verir ki, bunu parlamentdə çıxış edən deputat Elman Nəsirov deyib.

Deputat əlavə edib ki, Fransa, terrorçu Araik Arutyunyana dəstək verir, Korsika xalqı uğrunda mübarizə aparan liderləri isə həbsə atır. Elman Nəsirov qeyd edib ki, terrorun Ermənistanın dövlət səviyyəsində siyasət formasını almasını Fransa dəstəkləyir. Milli Məclisin üzvü deyib ki, Fransanın belə siyasəti dünya üçün problem yaradır:

“Hesab edirəm ki, bütün bunları nəzərə alaraq Fransa qarşısında tələblər qoyulmalıdır. Birincisi, Fransa hökuməti Korsikada beynəlxalq hüququ pozmasını dayandırmalı, insan hüquqlarına hörmətlə yanaşmalıdır. İkincisi, Avropa Şurası prosesə obyektiv yanaşmalı və Korsikaya faktaraşdırıcı missiya göndərməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər