Putin Ukraynadakı müharibə zonasına gedib — Peskov təsdiqlədi
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin Ukraynadakı müharibə zonasına (NVO) səfəri ilə bağlı məlumatı təsdiqləyib. Tacxeber.com xəbər verir ki, bu barədə o, “Rossiyskaya qazeta”ya bildirib.
Bundan əvvəl Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev Putinin Telegram kanalında “xüsusi əməliyyat zonası”na səfər etdiyini açıqlamışdı. Demişdi ki, Putin “xüsusi hərbi əməliyyat”da iştirak edən qoşunların Birləşmiş Qərargahına baş çəkib. Orada Rusiya Federasiyasının Prezidenti qərargahın işi ilə tanış olub, komandirlərlə ayrı-ayrılıqda görüşlər keçirib, onların məruzələrini dinləyib.
“Əgər o, cümə günü olduğu qərargahı nəzərdə tutursa, bəli”, – Kreml sözçüsü bildirib.
Noyabrda Peskov demişdi ki, Rusiya prezidenti Vladimir Putin “vaxtında” Donbasa səfər edəcək, lakin onun hələlik konkret planları yoxdur.