Yunanıstanın S-300 hava hücumundan müdafiə sistemlərini Ukraynaya verəcəyi ilə bağlı iddialara Moskvadan sərt reaksiya gəlib.
Tacxeber.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bu həmlə regiondakı vəziyyəti daha da gərginləşdirəcək:
“Bu sazişlər Rusiyanın icazəsi olmadan tədarük edilən hərbi təchizatın Yunanıstanın üçüncü ölkələrə tədarük etməsini qadağan edir. Sazişin öhdəliklərinin pozulmasının ciddi nəticələri olacaq. Kiyevə göndərilən bütün hərbi təchizatlar Rusiya qüvvələri tərəfindən təqib edilərək məhv ediləcək. Gec olmadan təhlükəli planlardan imtina edin”.