• 07 İyun 2025 00:32

Ukrayna Rusiya ərazisini vurdu

 Ukrayna Rusiya ərazisini vurdu
Paylaş

 

Rusiyanın Bryansk vilayətində energetika obyekti dron hücumuna məruz qalıb.

Bu barədə regionun rəhbəri Aleksandr Boqomaz Teleqram kanalında məlumat verib.

“PUA-nın Trubçevski rayonunda rayon elektrik şəbəkəsinə hücumu nəticəsində administrativ bina və avtomobilə zərər dəyib. Yaralılar yoxdur”, – deyə o bildirib.

Hadisə yerində xüsusi xidmət orqanları çalışır.

Qeyd edək ki, Braynsk Ukraynanın Sum vilayəti ilə həmsərhəddir. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər