Xankəndi-Laçın yolundan YENİ XƏBƏR – Barrikada götürüldü, BTR aparıldı
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.
Aksiyanın 8-ci günündə yeni hadisələr yaşanıb.
Belə ki, aksiya iştirakçılarının verdiyi məlumata görə, rusiyalı sülhməramlılar sözügedən ərazidə quraşdırdıqları barrikadanı aradan götürüblər. Bundan başqa, zirehli texnika olan BTR-i də ərazidən aparıblar.
Eyni zamanda, “humanitar yardım” adı ilə Laçın dəhlizindən Xankəndində keçmək istəyən 5 yük maşını yoxlanmağa icazə verilmədiyindən geri qayıdıb. (KONKRET)