Əfqanıstanda “Taliban” höküməti ölkə universitetlərindən növbəti xəbərdarlığa qədər tələbə qızlar üçün dərslərin dayandırılmasını tələb edib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb.
Ölkənin Nazirlər Kabinetinin qərarına əsasən, qızlar üçün dərslər növbəti bildirişə qədər dərhal dayandırılmalıdır.
Bundan əvvəl noyabrın 10-da qadınların Əfqanıstan paytaxtında ictimai parklara, noyabrın 25-də isə kişilərin müşayiəti olmadan tibb müəssisələrinə girişinə qadağa qoyulub.