• 22 Noyabr 2024 22:54

Abramoviç İstanbulda klub alır? – Açıqlama

 

“Çelsi”nin keçmiş sahibi Roman Abramoviçin mətbuat xidməti iş adamının Türkiyə klubunu almaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Yayılan məlumatlar təkzib edilib: “Yayımlanan məlumatlar həqiqətə uyğun deyil. Abramoviç İstanbula köçməyib və türk futbol klubu almaq fikrində deyil”.

Qeyd edək ki, Abramoviçin İstanbulda məskunlaşaraq orada klub alacağı xəbərləri yayılmışdı. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər