“Bir axmaq tapan kimi işdən çıxacam” – Mask Dünya 21 Dekabr 2022 16:18 103 Milyarder Elon Mask yeni paylaşımı ilə gündəmə gəlib. Tacxeber.com xəbər verir ki, “Twitter”in sahibi olan Mask bu platformanın rəhbər vəzifəsindən gedəcəyi ilə bağlı sorğu başladıb. Milyarder sorğunun nəticələrinə əməl edəcəyinə söz verib və nəticədə istifadəçilərin 57,5%-i onun sözügedən vəzifədən getməsinə “hə” deyə səs verib. Bundan sonra Mask həmin posta belə açıqlama yazıb: “Bu vəzifəni yerinə yetirə biləcək bir axmaq tapan kimi “Twitter”in rəhbəri vəzifəsindən istefa verəcəm. Yeni server heyəti üzərində işləyirəm”. Onun hakimiyyətə gəlməsindən sonra platformadakı dəyişikliklər çox tənqid olunub. Tacxeber.com