• 22 Noyabr 2024 12:57

GÖMRÜKDƏ DİPLOMLARIN YOXLANLMASINA BAŞLANILIB – İşdən çıxarılanlar var

Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparılır. “Qaynarinfo” xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov bununla bağlı göstəriş verib.

Artıq ilkin nəticələr də məlum olub. Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütbəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb.

O da aydın olub ki, DGK-nın bəzi rütbəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsalar da, həmin ölkələrə getmədən “təhsil” alıblar. Bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunurlar və bəzilərinin barəsində araşdırma aparılır.

Oxşar xəbərlər