Argentina millisinin kapitanı Lionel Messi PSJ-də qalacaq.
Bu barədə “Le Parisien” məlumat yayıb. 35 yaşlı hücumçu Paris təmsilçisinin rəhbərliyinə söz verib ki, gələn ilin iyununda başa çatacaq müqaviləni ən azı 2024-cü ilin yayına qədər uzadacaq.
PSJ rəhbərliyi ilə futbolçunun agentləri arasında danışıqlar təxminən 3 aya yaxın davam edib və tərəflər arasında tam razılıq dekabrın əvvəlində, Qətərdə keçirilən dünya çempionatı vaxtı əldə olunub. (Qol.az)