Ukraynada döyüşən Rusiya tank birləşməsinin komandiri əsgərlərin mübahisə etdiyi nəzarət məntəqəsini partladıb.
Bu barədə ABŞ-ın New York Times qəzetinin rus ordusunun son məğlubiyyətləri ilə bağlı reportajında bildirilir.
Məqalədə mənəvi durumu aşağı səviyyədə olan rus əsgərləri arasında insidentlərə diqqət çəkib.
Ukraynada pilotsuz təyyarə operatoru kimi çalışan, lakin bir müddət əvvəl ölkədən qaçan Fidar Xubayev qəzetə müsahibsəində rusiyalı tank komandirinin əsgərlərlə mübahisə etdiyini bildirib. Bu zaman rusiyalı komandir Rusiyaya məxsus keçid məntəqəsini partladıb. Zaparojye şəhərində baş verən insident zamanı komandirin mübahisə etdiyi rus əsgərlərinin üzərinə tank sürdüyü də deyilit. Xubayev Rusiya ordusunda bu cür halların tez-tez baş verdiyini qeyd edib.
New York Times bu hadisənin Rusiya ordusundakı xaosun göstəricisi olduğunu yazıb.
Təqaüdçü rus zabit Leonid İvaşov da qəzetə verdiyi açıqlamada Putin ordusu əsgərlərinin silah və qida üçün bir-biri ilə toqquşduğunu vurğulayıb:
“Heç bir komanda mərkəzi, vahid fəaliyyət planı yoxdur. Məğlubiyyət Rusiyanın taleyidir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin sentyabr ayında Ukraynanın şərqində ardıcıl məğlubiyyətlərdən sonra qismən səfərbərlik elan etməsi ölkədə təlatümə səbəb olub. Bir çox rusiyalı hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edib. Rusiyanın Yeni ildə Ukraynada böyük quru əməliyyatına hazırlaşdığı, müharibənin uzun müddət davam edəcəyi ehtimalı getdikcə artır. (Bakupost)