Böyük Britaniya hökuməti İranın düşmən fəaliyyəti ilə mübarizəyə getdikcə daha çox vaxt ayıracaq.
Tacxeber.com xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş naziri Rişi Sunak deyib.
O bildirib ki, Tehranın iranlı etirazçılara münasibəti, nüvə proqramı və regionda sabitliyi pozacaq digər addımları onu narahat edir:
“Rusiya və Ukrayna yeni ilin əvvəlində bizim bir nömrəli xarici siyasət problemimiz olaraq qalsa da, məni daha çox İranın davranışıları narahat edir. Ona görə də düşünürəm ki, gələcəkdə buna daha çox vaxt sərf etməliyik”.
Baş nazir həmçinin onun rəhbərlik etdiyi Britaniya hökumətinin Çinə münasibətini yumşaltması ilə bağlı iddiaları rədd edib.