Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 21-i ABŞ-yə rəsmi səfər edib və ölkə Prezidenti Co Baydenlə görüşüb.
Zelenski Vaşinqtona səfəri çərçivəsində ABŞ Konqresində çıxış edib.
Zelenski ABŞ Konqresində alqışlarla qarşılanıb. Bununla yanaşı, qeyd olunur ki, Konqres üzvləri Ukrayna liderini çıxışı zamanı 21 dəfə ayaqüstə alqışlayıb.
O, çıxışında Amerika xalqına öz dəstəyinə görə təşəkkür edib. Zelenski, həmçinin Ukraynaya növbəti yardımların göstərilməsi üçün çağırış edib, ukraynalıların hazırda hansı şəraitlərdə yaşadığı barədə danışıb.
Zelenski çıxışının sonunda yardıma minnətdarlıq nümunəsi olaraq Konqresə Ukraynanın Baxmut şəhərindən gətirilən və ukraynalı hərbçilərin öz ürək sözlərini yazdığı döyüş bayrağı hədiyyə edib.
Bunun ardınca isə Nümayəndsələr Palatasının spikeri Nensi Pelosi Zelenskiyə ABŞ bayrağı bağışlayıb.