• 22 Noyabr 2024 23:32

Azərbaycanla Rusiya arasında gərginliyin səbəbi… – Fazil Mustafanın şərhi

Son vaxtlar Azərbaycanla Rusiya arasında münasibətlərdə gərginlik hiss olunur. Rəsmi Bakı 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatlarda əksini tapan öhdəliklərin yerinə yetirilməməsindən narazıdır.

Bu azmış kimi, Moskvanın Rusiyada yaşayan erməni əsilli milyarder Ruben Vardanyanı Qarabağ separatçılarına rəhbər göndərməsi də Azərbaycanda ciddi narazılıq yaradıb.

Münasibətlərdəki gərginlik Azərbaycana nə vəd edir?

Məsələ ilə bağlı Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa Bakupost.az -a açıqlama verib.

O, qeyd edib ki, Rusiya 2020-ci il 10 noyabr tarixli Bəyanata əməl edərsə, münasibətlərdə problem yaranmaz:

“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həmin sənəd əsasında tənzimlənir. Bu sənəddən kənara çıxdıqda problem yaranır. Rusiyanın sülhməramlı qüvvələrinin davranışlarında Azərbaycanı qane etməyən məqamlar var. Biz daha çox bu məqamlar üzərində dayanırıq. Xankəndi ətrafında Rusiya öz sülhməramlı missiyasını yerinə yetirmək əvəzinə, tamamilə başqa bir fəaliyyət nümayiş etdirməyə çalışır. Biz də bunun qarşısını alırıq. Bizim imzaladığımız sənədə hörmətimiz var. Həmin bəyanatın bəndlərinə uyğun davranış tələb edirik. Rusiya da dəfələrlə bildirib ki, orada imzalanmış sənədlər əsasında fəaliyyət göstərir. Bundan kənara çıxarsa, bizim üçün narazılıq və narahatlıq predmeti yaranacaq”.

Tacxeber.com

Oxşar xəbərlər