“Bədənindəki qəlpələri çıxarmaq mümkün deyil” – Roqozinin həkimi danışdı
“Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozinin Donetskdə yaralanması ilə bağlı bəzi detallar dəqiqləşib.
Hadisə barədə danışan Roqozin 6-7 zərbə endirildiyini, mərmilərdən birinin partlamadığını bildirib.
“Bütün bu müddət ərzində biz bu oteldə qalmışıq. Mənim döyüşçülərim də yaralanıb. Biri komadadır, biri isə ölüb”, – deyə Roqozin Rusiyalı jurnalist Aleksandr Kotsla söhbətində bildirib.
“DXR”-in məlumatına görə, Roqozinin onurğasındakı qəlpəni çıxarmaq mümkün deyil. O, hazırda yerli xəstəxanadadır.
Həkimlər bildirib ki, Roqozin sağ çiyin nahiyəsindən qəlpə yarası alıb, qəlpə fəqərələrinə ilişib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.