Bakı Məhkəməsində faciəvi hadisə – FOTO Gündəm 23 Dekabr 2022 14:21 108 Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib. Tacxeber.com xəbər verir ki, bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib. “Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi”, – o, əlavə edib. Qeyd edək ki, 62 yaşlı Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi. Tacxeber.com