• 23 Noyabr 2024 00:02

Naxçıvanda insanlar belə aldadılıb – VİDEO

 

Naxçıvanda ƏDV-nin geri qaytarılması prosesində problem olduğu bildirilir.

Baku TV-nin əməkdaşı məlumatları dəqiləşdirmək üçün Naxçıvandakı marketlərdən birindən alış-veriş edib və ƏDV çekinin oxudulması baş tutmayıb. Sakinlər də sözügedən problemlə qarşılaşdıqlarını təsdiqləyiblər.

Naxçıvan Dövlət Vergi Xidmətinin sözçüsü Qəzənfər Bayramov isə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciətlərin daxil olduğunu bildirib.

O qeyd edib ki, artıq yeni nəsil kassa aparatlarının quraşdırılması işi həyata keçirilir. Bu günə kimi 50-yə qədər sahibkarlıq obyektində bu aparatların quraşdırılması işi yekunlaşıb.

Oxşar xəbərlər