• 20 Sentyabr 2024 07:02

Putin ABŞ-ın Ukraynaya verdiyi “Patriot”dan danışdı – Sınağa çəkərik

Putin ABŞ-ın Ukraynaya verdiyi "Patriot"dan danışdı - Sınağa çəkərik

 

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verməsinə münasibət bildirib.

Tacxeber.com xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın Ukraynaya silah tədarük etməsi münaqişəni daha da uzadacaq. O qeyd edib ki, “Patriot” sistemləri köhnə sistemlərdir. Putin S-300-lərin “Patriot”lardan daha üstün olduğunu ifadə edib. “Qoy tədarük etsinlər, biz onları sınağa çəkərik” deyən Putin, ABŞ-ın silah tədarükünün Rusiyanın planlarına təsir etməyəcəyini irəli sürüb.

Qeyd edək ki, ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri və qanadlı raketlər verdiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər