• 22 Noyabr 2024 18:35

“Qayınatam imkanlıdır, özüm pis vəziyyətdəyəm” – Ağadadaş Ağayevin keçmiş gəlini

“Bakıya 7 il əvvəl gəldim, onlar məni gəlin kimi gətirdi. Bakı mənim üçün yaddır.  Deyə bilmirsiniz ki, Quteyis yazıqdır, Bakıda yalnız qalıb, çarəsizdir? Onun qayınatası çox imkanlı və tanınmış adamdır, özü isə pis vəziyyətdədir, niyə demirsiniz? Niyə qadının tərəfini saxlamırsınız?”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayevin keçmiş gəlini Quteyis Ağayeva “TikTok”da canlı yayımda deyib. O, Bakıda qızı ilə tək qaldığını, tək qazanc yerinin TikTok olduğunu söyləyib:

“Niyə demirsiniz ki, səni anlayırıq? Düşmən olan qayınanama da “can” deyib qucaqlayıb ağlayıram. Bezmişəm bu platformadan. TikTok-u silmək istəyirəm, amma buradan pul qazanıram. Qızım var, işim yolunda getmədi, buradan pul qazanıram. Elə olub ki, jetonları pula çevirib, xəstələrə yardım etmişəm, öz cibimdə 40-50 manat pul olub. Xahiş edirəm qəlbimi sındırmayın”.

Qeyd edək ki, A.Ağayevin dörd oğul, bir qız övladı var. Müğənni üç dəfə ailəli olub. O, hazırda Türkiyə vətəndaşı olan xanımla evlidir. Quteyisin müğənninin hansı oğlu ilə evli olduğu isə bilinmir.

Tacxeber.com

Oxşar xəbərlər