Rusiyanın Ukraynada apardığı geniş miqyaslı müharibədə ümumilikdə 25 azərbaycanlı həlak olub, 52 nəfər isə itkin düşmüş sayılır.
Tacxeber.com xəbər verir ki, bu barədə medianın apardığı araşdırma nəticəsində məlum olub.
Bu il fevralın 24-dən indiyə qədər həlak olmuş kimi qeyd olunan mülki azərbaycanlıların əksəriyyəti uzun illərdir Ukraynada yaşayan şəxslərdir. İtkin düşənlərin isə bir çoxu Ukraynanın Mariupol şəhərinə təsadüf edir. Belə ki, mart və aprel aylarında şəhərə Rusiya tərəfindən ağır hücumlar zamanı 15 azərbaycanlı itkin düşüb.