• 20 Sentyabr 2024 02:20

Zelenski: “Azərbaycanın Ukrayna xalqına göstərdiyi yardımı yüksək qiymətləndirirəm”

 

Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə daimi dəstəyini, eləcə də Rusiya ilə müharibə şəraitində Ukrayna xalqına göstərdiyi yardımı yüksək qiymətləndirirəm.

Tacxeber.com xəbər verir ki, bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.

“Əminəm ki, ikitərəfli münasibətlərin mövcud potensialını birgə səylərlə maksimum surətdə reallaşdıra və Ukrayna-Azərbaycan əməkdaşlığını Qara dəniz-Xəzər regionunda təhlükəsizlik və sabitlik naminə daha da möhkəmləndirə bilərik”, – Zelenski qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər