Xankəndi-Laçın yolunda təşkil edilən aksiya on üçüncü gündür davam edir.
Tacxeber.com yerli mediaya istinadən xəbər verir ki, bu dəqiqlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus üç avtomobil aksiyanın təşkil olunduğu ərazidən Laçın istiqamətinə sərbəst keçib.
Xatırladaq ki, azərbaycanlı fəallar sözügedən ərazidə dekabrın 12-dən Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı aksiya keçirirlər.