Hər gün yediyimiz bu 2 məhsul insultdan da qoruyur
Əksəriyyətimiz səhər yeməyində kərə yağı və pendir yeyirik.
Bu çox faydalı qida vərdişidir. Amerika alimləri aşkar ediblər ki, məhz bu 2 məhsulun gündəlik istehlakı bizi insultdan qoruyur.
Əvvəllər belə hesab olunurdur ki, yağlı süd məhsulları (yağ, pendir, xama və s.) orqanizmdə xolesterinin səviyyəsini və nəticədə ürək-damar sistemi xəstəliklərinin riskini artırır. Bu səbəbdən həkim və diyetoloqlar yağlı süd məhsullarından imtina etməyi və yağsız süd məhsullarının istehlakına keçməyi tövsiyə edirdilər.
Lakin son araşdırmalar göstərib ki, məhz yağlı süd məhsullarında olan yağlı turşular ürək və damarları qoruyur, insultun riskini azaldır.
Həmçinin süd məhsulları kalsiumla zəngindir.
Tacxeber.com xəbər verir ki, bu maddə tək sümük və oynaqlar üçün deyil, ürək üçün də çox vacibdir. Kalsium ürək əzələsinin normal fəaliyyətini təmin edir, arterial təzyiqi tənzimləməyə yardım edir. Alimlər sübut ediblər ki, qanda kalsiumun səviyyəsi aşağı olan insanlarda ürəyin ani dayanması riski yüksək olur.