Yaponiyanın ən böyük sığorta şirkətləri Rusiya və Ukrayna sularında üzən gəmiləri yanvarın 1-dən etibarən hərbi zədələrdən sığortalamayacaq.
Tacxeber.com xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, müvafiq qərar təkrarsığorta ilə məşğul olan xarici şirkətlərin Rusiya sularında naviqasiya ilə bağlı risklərə əsaslanan müqavilələr bağlamaqdan imtina etməsi ilə bağlıdır. Yapon tərəfi Milad bayramından sonra Saxalin-2-dən LNG-nin sabit tədarükünü təmin etmək üçün hərbi toqquşmalar nəticəsində dəymiş ziyanın ödənilməsinin bərpası mövzusunda xarici şirkətlərlə danışıqlara başlamağı planlaşdırır.
Yapon rəsmisi deyib ki, “Saxalin-2” layihəsi Yaponiyanın mayeləşdirilmiş təbii qaz istehlakının, demək olar ki, 9 faizini təmin edir. Bu da , tamamilə elektrik enerjisinin istehsalı üçün istifadə olunur və ölkədə istehsal olunan qazın 3 faizini təmin edir.