“Bu günlərdə Ermənistanın hava məkanı Azərbaycan üçün açıqdır”.
Bunu media eksperti Tiqran Koçaryan Facebook səhifəsində yazıb. Koçaryan bunu paylaşdıqdan sonra ermənilər yenə özlərinə əl qatıblar.
“Ermənistanın hava məkanının Azərbaycan üçün açıq olduğunu və 2022-ci ildə bunun üçün 112 min avro aldığını bilirsinizmi?
Ötən gün məlum olub ki, Azərbaycanın AZAL şirkəti 2022-ci ildə Naxçıvana uçuşlar üçün Ermənistana 112 min avro ödəyib.
Azərbaycanlılar Ermənistanı Qarabağla birləşdirən yeganə yolu ermənilər üçün bağlayıblar. Lakin bizim hava məkanımız azərbaycanlılar üçün açıqdır. Təəssüf ki, u gün də açıqdır.
Bizim vətənpərvər hakimiyyətlərimiz haqqında bilmək istədiyiniz hər şey buradadır”, – deyə Koçaryan yazıb. (Konkret.az)
P.S. Düz deyirsən, pul ödəyirik, əslində isə ödəməməliyik. Bu torpaqlar Azərbaycana məxsusdur. Gün gələcək bu ərazilərin hava məkanından pulsuz gedib-gələcəyik.